Bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasına qarşı keçirəcəkləri Avro-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında bildirib.
"Nəticə qazanmaq istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik", - Byazi qeyd edib.
Byazi Belçika millisində təhlükəli oyunçuların olduğunu deyib: “Onların hamısı güclü klublarda çıxış edirlər”.
Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü