Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistana səfəri çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin hazırkı durumu müzakirə olunub.
R.T.Ərdoğan və F.Kisida, eyni zamanda regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Türkiyə Prezidenti "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehlidə səfərdədir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü