"Qarabağ"dan Türkiyənin "Adana Demirspor" klubuna transfer olan Şahruddin Məhəmmədəliyev Ağdam təmsilçisi ilə vidalaşıb.
BUTA.TV xəbər verir ki, 29 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib. Azərbaycan milli komandasının qapıçısı "Qarabağ"a təşəkkür edib:
"Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli "Qarabağ".
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"la 2 illik müqavilə imzalayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü