Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrə qədər qalxıb.
BUTA.TV-ın məlumatına görə, son günlər ölkəmizdə havaların qeyri-sabit və yağıntılı keçməsi dağ çaylarında olduğu kimi, Kür çayına da təsirini göstərib.
Bu, xüsusən çayın aşağı axınında - Salyan rayonundan keçən hissəsində özünü daha çox büruzə verir. Belə ki, təkcə son iki gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 95 santimetr qalxıb.
Bu da Kür sahilində quraşdırılmış dayanıqlı və üzən su nasoslarının məhsuldar işləməsinə müsbət təsir göstərib.
Mütəxəssislərin fikrincə, proses bir neçə gün davam edəcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü