Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda Qazaxıstana səfər edəcək.
BUTA.TV xəbər verir, bunu Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murad Nurtleu Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə dövlət başçısının səfəri noyabrın 3-nə planlaşdırılıb. R.T.Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində iştirak edəcək.
“Biz bu sammiti ən yüksək səviyyədə təşkil etmək və keçirmək barədə razılaşdıq”, - M.Nurtleu əlavə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü