Rumıniya Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımır.
BUTA.TV xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Bəyanat qurumun rəsmi internet səhifəsində də yayılıb.
Bəyanatda qeyd olunub ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü