Bu gün İctimai Televiziyanın canlı efirində olan Ermənistan Baş naziri Nikol Paşinyana jurnalist Petros Qazaryanın sualı rezonans doğurub.
BUTA.TV xəbər verir ki, Qazaryan Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə görə Paşinyanın bir neçə ölkənin liderinə zənginə toxunub.
“Siz Gürcüstana, İrana, Almaniyaya, ABŞ-a zəng etdiniz, bir çox ölkənin liderləri ilə danışdınız, amma ilk zəngin Putinə olması məntiqli olardı, çünki bizim strateji müttəfiqimiz Rusiyadır”, - jurnalist bildirib.
Paşinyan isə həmin zənglərin məqsəd və mənasının “müəyyən nüanslardan xəbərsiz və ya məlumatsız olan partnyorları məlumatlandırmaq” olduğunu iddia edib:
“Rusiya Federasiyasının prezidenti isə vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki proses ötən ilin dekabrından başlayıb. Ötən ilin dekabrından indiyədək mənim Rusiya Federasiyasının prezidenti ilə onlarla telefon danışığım olub”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü