Paşinyan separatçıların yeni “rəhbəri” Samvel Şahramanyanı niyə təbrik etmədiyini belə izah edib: “Vəziyyət elədir ki, təbrik etməyin o qədər də mənası yoxdur və onun (Samvelin) üzərinə çox ağır məsuliyyət qoyulub”.
Və qeyd edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Erməni baş nazirin açıqlamasını belə oxuya bilərikmi: Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq və İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir.
Paşinyanın separatçıların yeni “rəhbərliyi” ilə qarşıdurmada olması da bu yanaşmasında rol oynayan amillərdəndir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü