Tavriya istiqamətində Ukrayna Müdafiə Qüvvələri sutkada 50-200 metr irəliləyir, hücumun əvvəlindən ümumilikdə 255 kv.km-dən çox ərazi azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Tavriya Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri Aleksandr Ştupun bildirib.
“Hücum əməliyyatları nəticəsində əsgərlərimiz son bir neçə gündə Zaporojye vilayətinin Rabotinoy bölgəsində uğur qazanıb, düşməni mövqelərindən sıxışdırıb çıxarıb və mövqelərini möhkəmləndirirlər. Bu mərhələdə biz sutkada 50, 100, 200 metr irəliləyirik. Bəzən kilometrlərlə olur, bəzən isə ümumiyyətlə irəliləyiş olmur, çünki möhkəmlənmək və şəxsi heyəti düşmən müqavimətindən qorumaq lazımdır”, - deyə Ştupun qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü