Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
BUTA.TV-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.
"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü