Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.
BUTA.TV xəbər verir ki, Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıblar.
Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq, öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb.
18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib. 12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc medalla qayıdırlar.
Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü