İran estradasının ulduzu, məşhur aktrisa, müğənni Ququş böyük səhnədən getdiyini açıqlayıb.
Kult.az xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
İran pop musiqisinin “Şahmahı” adlanan Ququş deyib ki, bu, onun üçün çox çətin qərardır: “Məndən asılı olsa idi, əlvida deməzdim”.
Faiqə Atəşin (Ququş) 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. O, 1945–1946-cı illərdə mövcud olmuş, Baş nazir Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumətin fədai ordusunun polkovniki, əslən Gəncə şəhərindən olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri Bakıdan Tehrana köçüblər.
O, Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Ququş İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. 1979-cu il inqilabından sonra onun fəaliyyətinə qadağa qoyulub. 2000-ci ildə Şimali Amerikaya köçüb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü