Ukrayna Rusiya ilə konflikti uduzur, halbuki bu konfliktdən qaça bilərdi.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp “NBC Nyus”a müsahibəsində deyib.
O bildirib ki, xəbər saytları artıq müharibədən yazmır, bu isə o deməkdir ki, Ukrayna uduzur:
“Kiyev ərazisinin bir hissəsini itirməklə bu münaqişədən qaça bilərdi. Söhbət Rusiyaya ilhaq edilən Krım və bir neçə digər regiondan gedir. Bu halda heç kim ölməyəcəkdi”.
Qeyd edək ki, Trampın 24 saat ərzində Ukraynadakı müharibəni bitirə biləcəyi haqda açıqlamasını Rusiya lideri dəstəkləyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü