Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinlərini işdən azad edib.
BUTA.TV xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Onun sözlərinə görə, Vladimir Qavrilov, Rostislav Zamlinski, Anna Malyar, Denis Şarapov, Andrey Şevçenko və Vitali Deyneqa müdafiə nazirinin müavini vəzifəsindən azad olunublar.
Bundan başqa, müdafiə nazirinin katibi Konstantin Vaşenko da işdən çıxarılıb.
Qeyd edək ki, Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü