Apardığımız təhlillər işğaldan azad edilmiş ərazilərimizdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyini göstərir.
BUTA.TV xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, insanların işgəncələrlə öldürülərək kütləvi halda basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə, hamılıqla qəbul edilmiş humanitar normalara hörmətsizlikdir:
“Bu gün burada nüfuzlu və dəyərli insanların, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən beynəlxalq tədbirdə biz itkin düşmüş Azərbaycan vətəndaşları, onların basdırıldığı kütləvi məzarlıqlar, həmçinin mina xəritələri barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmasnı Ermənistan hökumətindən tələb edirik. İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan aktual problemdir. Hesab edirik ki, BMT bu sahəyə bir daha diqqət ayırmalı və qurumun itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi təyin edilməlidir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü