Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İnatsio Kassislə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“Nazir Bayramov Ceyhun BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziir İnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını müzakirə edib”, - xarici siyasət idarəsinin məlumatında bildirilib.
Ceyhun Bayramovun sosial şəbəkədə yazdığına görə, görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi ilə yanaşı qanunsuz rejimin ləğvi və tərksilah edilməsinin vacibliyi vurğulanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü