Rusiyanın təcavüzü başlayandan bəri Ukraynanın 84 minə yaxın hərbçisi 30-dan çox ölkədə təlim keçib.
BUTA.TV xəbər verir ki, “Foreign Policy” jurnalı bu barədə Pentaqonun nümayəndəsinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, təkcə ABŞ-da “Strykers” zirehli transportyorlarını, piyadaların “Bradley” döyüş maşınlarını və digər texnikanı idarə etməyi bacaran 15 tabor formalaşdırılıb.
Qeyd edək ki, ABŞ yaxın zamanlarda Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcək. Bu tankların idarə olunması üzrə təlimlər Birləşmiş Ştatların Almaniyadakı “Grafenwöhr” bazasında keçirilir. Bundan başqa, Kiyev Danimarkadan “Leopard” və T-72 tankları da alacaq. Lakin payız yağışları Vaşinqtonun Ukraynaya tədarük etdiyi “Abrams” tanklarının və digər texnikalıların hərəkətini çətinləşdirə bilər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü