Xəbər verdiyimiz kimi, ötən gün 23:00-da BMT TŞ-nin Qarabağla bağlı iclası baş tutub və bir neçə saat davam edib.
BUTA.TV xəbər verir ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov çıxış edərkən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın zalı tərk etdiyini əks etdirən görüntülər yayılıb.
Erməni Teleqram kanalları isə Mirzoyanın Qarabağda dinc insanların öldürülməsi və antiterror tədbirləri zamanı şəhərlərə ordunun girməsi iddialarına Ceyhun Bayramovun məhz Ermənistan Baş naziri Nikol Paşinyanın bu məlumatları yalan adlandırması, Qarabağda ermənilərə heç bir təhlükə olmadığı barədə sözlərini sitat gətirməklə cavab verməsinə dözmədən, zaldan çıxdığını iddia edirlər. A.Mirzoyan C.Bayramovun çıxışından sonra zala qayıtmışdı.
Qeyd edək ki, Ceyhun Bayramov ötən gün öz parlaq çıxışı, peşəkar davranması və təqdim etdiyi real faktlarla dinləmələrə öz möhürünü vurdu. BMT TŞ-nin iclası yenə də ölkəmiz əleyhinə heç bir qərar və ya qətnamə olmadan başa çatdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü