Sentyabrın 19-da Qarabağda başlayan antiterror tədbirləri zamanı əsas istiqamətlərdən biri də Muxtar-Daşkənd xətti idi.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Şah İntel” Teleqram kanalı xəritə təqdim edib.
Bildirilib ki, Azərbaycan Ordusu separatçıların Xankəndi ətrafındakı “müdafiə xətti”ni məhz bu istiqamətdə yarıb.
“Azərbaycan Ordusunun bölmələrinin tədbirlər zamanı Xankəndi şəhərinin sağ cinahını yardığı və Daşkəndə irəlilədikləri təsdiqləndi”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, 19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri zamanı separatçılar ağ bayraq qaldıraraq təslim olub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü