Bu gün səhər saatlarından etibarən İrəvanda Qarabağdakı hadisələr səbəbindən hökumətə qarşı başlayan etiraz aksiyaları davam etdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, bir qrup etirazçı yolları bağlamağa, hərəkəti iflic etməyə çalışıb.
İrəvan polisi aksiyaçılara çağırış edərək onların hərəkətlərinin qanunsuz olduğunu bildirib və yolları açmalarını tələb edib.
Aksiya ilə bağlı təqdim edilən videolardan görünür ki, bugünkü etiraz mitinqi əvvəlkilərə nisbətən olduqca sönük keçib. Bu gün İrəvan küçələrinə Qarabağ üçün bir ovuc insan çıxıb. Görünür, artıq İrəvandakılar separatçıların əməllərindən beziblər və onların oyunlarına gəlmək niyyətində deyillər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü