Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısını dərc edib.
BUTA.TV xəbər verir ki, siyahıya əsasən, şəhidlik zirvəsinə ucalan 192 nəfərdən 1-i polkovnik-leytenant, 6-sı kapitan, 12-si baş leytenant, 16-sı leytenant, 4-ü mayor, 20-si gizir, 1-i kiçik gizir, 6-sı çavuş, 14-ü kiçik çavuş, 98-i əsgər, 3-ü isə matrosdur.
Şəhid olmuş 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertizasə tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Həmçinin, Daxili İşlər Nazirliyinin də 12 hərbi qulluqçusu şəhid olub. Onlardan 1-i polkovnik-leytenant, 2-si gizir, 1-i baş çavuş, 1-i çavuş, 1-i kiçik çavuş, 6-sı isə əsgərdir.
Qeyd edək ki, şəhidlərdən 1-i mülki şəxsdir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü