Xankəndidəki partlayışda ağır yaralanan 4 nəfər bu həftəsonu müalicə üçün İrəvandan Fransaya aparılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə ötən gün Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
Kolonna Ermənistana lazım gələrsə dəstəyin davam etdiriləcəyi barədə söz verib.
Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub. Partlayış nəticəsində xeyli sayda insan həlak olub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü