“Unibank” bank kartları üzrə keşbek faizini kəskin endirib.
Bu barədə “Yeni Sabah” banka istinadən xəbər verir. Məlumata görə, oktyabr ayının 3-dən etibarən plastik kartlar üzrə keşbek faizləri 30%-dən 10%-ə endirilib.
Bank həmçinin, Ucard üzrə də keşbek faizini 30%-dən 5%-ə endirib. Belə ki, bank yalnız bir xidmət üzrə 10%, digər xidmətlər üzrə isə əsasən 5%-dək keşbek təklif edir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,4 milyon manatdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü