Avstriyanın paytaxtı Vyananın Ştefansplats meydanında Fələstinə dəstək nümayişi keçirilib.
BUTA.TV xəbər verir ki, Vyana polisinin qadağasına baxmayaraq, nümayişdə 500-ə yaxın insan iştirak edib. Onlar İsrail əleyhinə şüarlar səsləndiriblər.
Polis onlara yaxınlıqda metrostansiyasına yürüş etməyə icazə verməyib və meydanı tərk etmələri barədə bir neçə dildə xəbərdarlıq edib.
Xəbərdarlıqlardan sonra Avstriya Daxili İşlər Nazirliyinin “Veqa” xüsusi təyinatlıları nümayişçiləri mühasirəyə alıb.
Bildirilib ki, polis nümayişi təşkil edən iki nəfəri saxlayıb, daha sonra azadlığa buraxıb.
Bundan əlavə, meydanı tərk etmək istəməyən bir neçə şəxsin də saxlanıldığı deyilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü