İsrailin bombardmanları nəticəsində Qəzza zolağındakı evlərini tərk edənlərin sayı 423 min nəfəri ötüb.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yaydığı hesabatda qeyd olunub.
“Qəzza zolağında əhalinin kütləvi köçü davam edir. Son 24 saat ərzində köçkünlərin ümumi sayı 25% artaraq 423 min nəfərə çatıb. Köçənlərin üçdə ikisindən çoxu BMT-nin Yaxın Şərqdəki Fələstinlilərə Yardım işləri üzrə Agentliyinin məktəblərinə sığınıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrail Qəzza zolağının şimalında olan 1,1 milyon insanın 24 saat ərzində cənuba köçmələri barədə xəbərdarlıq edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü