Son bir ayda ölkədə un bahalaşıb.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Satıcıların sözlərinə görə, kisə unun qiymətində artım çox olmasa da, kiloqramla satışda 15 faizə yaxın fərq var. Amma, hələlik çörəyin qiymətində heç bir dəyişiklik yoxdur. İqtisadçı-ekspert Rəşad həsənovun sözlərinə görə, unun qiymətindəki artım gözlənilən idi. Bunun da kökündə bir sıra səbəblər yatır. Başlıca səbəblərdən biri Azərbaycanın idxala bağlı ölkə olmasıdır.
Ekspert bildirib ki, hazırda bahalaşma 4 faizə qədərdir. Bunun da çörəyin qiymətinə hər hansı təsiri yoxdur. Qiymət artımının olmaması üçün isə bir sıra addımların atılması vacibdir.
Ekspert həmçinin vurğulayıb ki, unun bahalaşması tendensiyası davam edərsə, çörəyin də qiyməti arta bilər. Hazırki vəziyyətdə isə çörək bahalaşmasa da, unun qiymətindəki artım un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü