Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağa səfəri İran mediasında geniş işıqlandırılıb.
BUTA.TV xəbər verir ki, İranın bir çox media orqanı prezidentin səfərindən xəbər, foto və videolar paylaşıblar.
Bir sıra xəbərlərdə bundan əvvəl Qarabağda yaşayan ermənilərin sayının 150 min nəfər olduğu iddia edilib.
“Azərbaycan Ordusunun 3 həftə əvvəl sürətli hücumundan sonra ermənilər Ermənistana qaçmağa məcbur oldular. Azərbaycan bayrağın qaldırılmasının rəsmi mərasimi Bakının Qarabağ üzərində tam suverenliyinin bərqərar olması, Qarabağda “müstəqil Artsax erməni dövləti və ölkəsinin” (fərqləndirmə bizimdir – red.) rəsmi sonu deməkdir”, - İran mediası yazıb.
Qeyd edək ki, Ermənistan Qarabağda yaşayan ermənilərin sayını şişirdərək 120 min yazdığı halda İran mediasının 150 min rəqəmini hardan alması da maraqlıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü