ABŞ gizli şəkildə Ukraynaya uzaqmənzilli ATACMS raketlərini ötürüb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadən yazıb.
"ABŞ raketlərinin nə vaxt verildiyi məlum deyil. Lakin son həftələrdə ABŞ onları səs-küysüz göndərməyə qərar verdi, çünki o, rusları ehtiyatsız tutmaq istəyirdi", - mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rusiya qoşunları raketlərin uçuş məsafəsindən xəbərdardır və ABŞ onların texnika və silahlarını raketlərdən istifadə edilməzdən əvvəl mənzildən uzaqlaşdıracağından narahatdır.
ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna işğal altındakı Berdyansk və Luqanskdakı Rusiya aerodromlarına hücum etmək üçün ATACMS sistemindən istifadə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü