Qəzza sektorunda xəstəxanaya vəhşi terror hücumu həyata keçirilib.
BUTA.TV xəbər verir ki, bu sözləri israil Baş naziri benyamin netanyahu X səhifəsində yazıb.
“Bu vəhşi hücumu ÇAXAL (İsrail ordusu – red.) etməyib, bizim uşaqlarımızı qəddarcasına öldürənlər öz uşaqlarını da öldürür”, - Netanyahu bildirib.
Qeyd edək ki, Qəzzada xəstəxanaya raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Mahmud Abbas olayla bağlı Fələstində 3 günlük matəm elan edib.
Dünyanın əksər lideri bu hücumu pisləyib, eyni zamanda, Əmmanda insanlar İsrail səfirliyinə hücum edib.
İsrail ordusu isə hücum etmədiyini, “İslami-Cihad”ın İsrailə atmaq istədiyi raketin öz xəstəxanasına düşdüyünü bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü