Tibb müəssisəsində əmək hüququnun pozulması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan BUTA.TV-a bildirilib ki, araşdırma zamanı Berlin Ailə və Uşaq Klinikası MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.
Fakt üzrə Yasamal rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Yasamal rayon məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü