Gürcüstan hakimiyyəti regionda nüvə silahının mümkün istifadəsinə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili parlamentdə qapalı dinləmələrdən sonra jurnalistlərə deyib.
“Mövcud çağırışlar regionda nüvə silahının istifadəsini istisna etmir, ona görə də biz ehtiyatlı və ağlabatan siyasət aparmalıyıq”, - o bildirib.
Liluaşvili hökumətin nüvə müharibəsi halında plan hazırladığını vurğulayıb:
“Xoşbəxtlikdən və ya bədbəxtlikdən son koronavirus pandemiyası zamanı bu cür işlərlə bağlı təcrübəmiz yaranıb. Amma Gürcüstana birbaşa nüvə zərbəsi endiriləcəyi təqdirdə sığınacaqlar bizə kömək etməyəcək”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü