İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib növbəti dəfə İsraillə münasibət quran və əlaqələrini normallaşdırmağa çalışan bölgə ölkələrini təhdid edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. O, HƏMAS-ın İsrailə qarşı hücumunu dəstəkləyib və bunun regional və qlobal səviyyədə ciddi strateji dəyişikliklərə səbəb olduğunu deyib:
“Bölgə ölkələrinin İsraillə münasibət qurmaqda məqsədləri Amerikanın məmnunluğunu qazanmaqdır. Amma bunun artıq onlar üçün müsbət nəticəsi və bəhrəsi olmayacaq. HƏMAS-ın əməliyyatından sonra İsrail bir daha sülh və sabitlik üzü görməyəcək. Təl-Əviv və onun himayəçilərini ağır qısas gözləyir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü