Fəridlə demək olar ki, günaşırı danışıram. Yeni bir xəbər yoxdur. Apellyasiya Məhkəməsini gözləyirik. Demişdilər bir-iki həftəyə olmalıdır, lakin hələ olmayıb.
Bu sözləri BUTA.TV-a İran həbsxanasında saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlu ilə bağlı son məlumatları bölüşərkən deyib.
O bildirib ki, Fərid özü üçün təqvim tərtib edib:
“Bu yaxında mənim ad günüm oldu. İranda başqa təqvimdən istifadə olunur deyə, düşündüm ki, mənim doğum günümü müəyyən edə bilməyəcək. Yəqin ki, məni təbrik etməyəcək. Amma zəng elədi. Dedi ki, özümə burada təqvim aldırmışam, əlamətdar günləri işarələmişəm. Arzuları var, orada günlərini sayır”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü