Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
BUTA.TV xəbər verir ki, Firdovsi Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini, 2000-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
1994-cü ildən kənd təsərrüfatı elmləri namizədi olan F.Əliyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildən 2023-cü ilin mart ayına qədər ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.
2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü