İranın dəstəklədiyi iddia edilən qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə ABŞ-ın mümkün cavabına Tehran hazır olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Avstraliyanın Baş naziri Entoni Albanese ilə Ağ Evdə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.
“Ayətullaha (Əli Xamenei nəzərdə tutulur – red.) xəbərdar edirəm: əgər onlar bu hərbi qüvvələrə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. Və o, hazır olmalıdır”, - ABŞ lideri bildirib.
Bayden qeyd edib ki, ABŞ qoşunları Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq və onun bərpasının qarşısını almaq üçün çalışır, bunun İsraillə heç bir əlaqəsi yoxdur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü