Nizamnaməyə görə Milli Məclisin komitə sədri olmayanda onu müavin əvəz edir. Mərhum Qənirə xanım Paşayeva vəfat etdiyi üçün onu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri kimi mən əvəz edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.
O, növbəti çağırış seçkilərə bir il vaxt qaldığını və bu müddətdə sədr əvəzi kimi fəaliyyət göstərəcəyini bildirib.
Növbəti seçkilərdə komitə sədrliyinə namizədliyini irəli sürüb-sürməyəcəyinə gəlincə, Fazil Mustafa bildirib ki, deputat seçilərsə, bu barədə qərar verəcək:
"Siyasi partiya sədri kimi seçkilərdə iştirak edəcəyəm, seçilərəmsə, o zaman düşünərik".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü