Türkiyəli iş qadını və sosial media fenomeni Dilan Polad və həyat yoldaşı Engin Polat saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, onlarla birlikdə Dilan Polatın bacısı Sıla Doğu və Engin Poladın qardaşı Kürşat Polad da tutulub. Onlar, çirkli pulların yuyulmasında ittiham olunurlar.
Cütlük Türkiyə və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir və kosmetik məhsulların istehsalı ilə də məşğul idilər.
Qeyd edək ki, bir müddət öncə Dilan Polad və Engin Poladın var-dövləti müsadirə edilmişdi. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası da qoyulub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü