İsrail ordusu Livan ərazisinə zərbələr endirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Bildirilib ki, İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq sözügedən tədbirlər görülüb.
"Bir müddət əvvəl Livandakı terror qruplaşması İsrailin Meys əl-Cəbəl bölgəsinə doğru tank əleyhinə raketlər atmağa cəhd edib. İsrail ordusu terrorçuların hücrəsinə zərbə endirib", - deyə bildirilir.
Həmçinin bildirib ki, İsrail təyyarələri Hizbullahın hərbi infrastrukturuna və raket buraxılış məntəqəsinə zərbələr endirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü