Müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Evdəkilərə salam” proqramında deyib.
O bildirib ki, qardaşının həyat yoldaşı övladı ilə itkin düşüb:
“Şəhid qardaşımın bir övladı var, amma onu tapa bilmirik. Qardaşım Xocalıda idi, orada öldürüldü. Qardaşım orada evlənib, gəlinin adını da bilmirik. Bir il sonra oğlu dünyaya gəlib. O vaxt ermənilərin içindən keçib Xocalıya getmək lazım idi. Vəziyyət pisləşmişdi deyə, toya gedə bilmədik. Üstündən 35 il keçib. Gəlin Şuşadandır. Xocalı soyqırımı zamanı gəlin Şuşada anasının evində olub. Ona görə bilirəm ki, həyatdadır”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü