ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Qəzza zolağında atəşkəsə çağırmamasının səbəblərini açıqlayıb.
BUTA.TV xəbər verir ki, o, ABC telekanalına müsahibəsində atəşkəsi HƏMAS-ın pozduğunu bildirib.
“Atəşkəs var idi, HƏMAS mülki əhaliyə vəhşicəsinə hücumu ilə bunu pozdu. HƏMAS uzun illərdir ardıcıl olaraq atəşkəs rejimini pozur”, - H.Klinton deyib.
O qeyd edib ki, İsrailin də Ukrayna kimi özünümüdafiə hüququ var.
Eyni zamanda, Klinton İsrailin müharibə qaydalarına uyğun davranmalı və dinc əhali arasında itkilərin qarşısını almaq və sayını azaltmaq üçün hər şeyi etməli olduğunu vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü