Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Ermənistan daha da çətin vəziyyətə düşə bilər və Ermənistan dövlətinin nəfəs almasına imkan veriləcəyinə heç bir təminat yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkə hesabındakı videomüraciətində deyib.
O iddia edib ki, sülh sazişi ilə bağlı danışıqları sırf Ermənistan-Azərbaycan deyil, daha çox Ermənistan-Türkiyə prosesi kimi qəbul edir:
“Son vaxtlar Türkiyə və Azərbaycan bu prosesdə eyni dərəcədə maraqlıdır. Və hər iki qonşu dövlətdə güclü inam var ki, ermənilər gec-tez revanşa cəhd edəcəklər. Türkiyə və Azərbaycan hesab edir ki, erməni xalqı bu iki dövlətin ərazilərini hələ də öz ata-babalarının tarixi torpaqları hesab edir. Bu, Ankara və Bakıdakı hakimiyyət orqanlarını inandırır ki, bir gün Ermənistan məğlubiyyətdən qurtulsa, onlar üçün təhlükə yaradacaq”.
Oskanyanın fikrincə, məhz buna görə Türkiyə və Azərbaycan sülh müqaviləsi ilə Ermənistanı maksimum sıxışdırmağa çalışacaq:
“İndiki hakimiyyətin çoxsaylı uğursuzluqlarını, onun günahı üzündən baş verən fəlakətləri nəzərə alsaq, ağrılı güzəştlər ssenarisini qətiyyən istisna etmək olmaz”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü