Kütləvi iğtişaş və dövlət çevrilişinə çağırış edən Qırğızıstan vətəndaşı Moskvada saxlanılaraq, ölkəsinə göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiyanın Moskva şəhərində kütləvi iğtişaş təşkil etməyə və hakimiyyəti zorakılıqla ələ keçirməyə açıq çağırış edən Qırğızıstan Respublikasının vətəndaşı saxlanılıb. 37 yaşlı qırğızıstanlı K.N.K. ölkədən kənarda olarkən sosial şəbəkələr vasitəsilə kütləvi iğtişaş, zorakılıqla devrilmə və hakimiyyətin ələ keçirilməsi çağırışları da daxil olmaqla, sistematik olaraq tendensiyalı və təxribat xarakterli məlumatlar dərc edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı K.N.K. Rusiya ərazisində saxlanılaraq Qırğızıstana aparılıb. Hazırda məhkəmənin sanksiyası əsasında K.N.K. istintaq təcridxanasındadır”, - məlumatda deyilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü