Nazir olduğum müddətdə əsasən Rusiyadan, həm də digər ölkələrdən silah almaq üçün ən azı 1500 uçuş həyata keçirdik.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan deyib.
“Onların arasında, məsələn, 3 ədəd S-300 sistemi var idi, sonra onların say 6 oldu. Biz “İsgəndər”, “Toçka U”, “Smerç” sistemləri, təxminən 160 ədəd tank aldıq. Silahlarımızın böyük bir hissəsini qənimət olaraq düşmənə verdilər”, - o bildirib.
Ohanyan “düşmənə verildi” deyərkən, 20 sentyabr 2023-cü ildən sonra təhvil verilən silahları nəzərdə tutub-tutmadığını isə bu cür cavablandırıb:
“Xeyr, bütün müharibə boyu”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü