Brüsseldə səfərdə olan erməni deputatlar AB-dən olan diplomatlarla görüşüblər.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin yaydığı bəyanatda qeyd olunub.
Məlumata görə, tərəflər siyasət və təhlükəsizlik üzrə ikitərəfli dialoqun növbəti raundunda qurumun Azərbaycan-Ermənistan sərhədində mülki missiyasının mümkün genişləndirilməsi, o cümlədən üçüncü ölkələrin cəlb olunmasını müzakirə ediblər.
“Tərəflər missiyanın mümkün genişləndirilməsini, həmçinin Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardımın göstərilməsini müzakirə ediblər”, - bəyanatda deyilib.
Qeyd olunub ki, Ermənistan AB-nin üçüncü ölkələri missiyaya daxil etmək istəyini alqışlayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü