Qapımızda gördüyümüz üçüncü qol çox yaxşı idi. Rəqibi təbrik edirəm.
BUTA.TV xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yanne Andersson Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları Avro-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib. 61 yaşlı mütəxəssis Azərbaycan komandasının yaxşı kollektiv olduğunu vurğulayıb:
"Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdılar. Onlar qələbəyə layiq idilər. Mən isə məyusam".
Qeyd edək ki, Skandinaviya təmsilçisinin qapısından üçüncü qolu Emin Mahmudov keçirib. Yarımmüdafiəçi uzaq məsafədən fərqlənib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü