Anasının bişirdiyi yeməyi yemək istəməyən uşaq "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə zəng edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ağır zorakılıq halları ilə yanaşı, kiçik uşaqların da maraqlı müraciətləri olur:
"Hətta riyaziyyat məsələsinin həlli üçün xidmətdən kömək istəyən uşaq da olub. Eyni zamanda 4, 5 və 6 yaşlı uşaqlar belə müraciət edirlər. Deyirlər ki, anam hansısa yeməyi mənim üçün hazırlayıb, amma mən onu yemək istəmirəm və s. bu kimi maraqlı müraciətlər də olur".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü