Ermənistan parlamentinin müxalif “Hayastan” blokunun deputatları eks-prezident Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb. İclasda “Hyastan” fraksiyasının taktikası ilə bağlı məsələlər müzakirə olunub. Məlumatı “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan da təsdiqləyib. “Bəli, “Hayastan” fraksiyasının deputatları “Hayastan” alyansının rəhbəri, ikinci prezident Robert Köçəryanla görüşüblər. Burada təəccüblənəcək heç nə yoxdur, çünki belə görüşlər dövri xarakter daşıyır”.
Xatırladaq ki, Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 6-da parlamentin deputatı mandatını alıb və artıq noyabrın 14-də and içərək səlahiyyətlərini rəsmən qəbul edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü