AFFA Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib. O, ilk olaraq İsveç himninin səsləndirildiyini xatırladıb:
"Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra Himnimizi səsləndirdilər. DJ səhvən ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının üzvü Romelu Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin".
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 4:0 hesabı ilə öndədirlər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü