1984-cü ildə terror təşkilatı PKK-nın yaraqlısı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz bu ölkənin ilk qadın baş naziri olub.
BUTA.TV xəbər verir ki, Türkiyə əleyhinə çıxışları ilə gündəmə gələn Yeşilgöz 2018-ci ildə Niderlandda qondarma erməni soyqırımını tanıyan beş türkəsilli millət vəkilindən biridir. Yeşilgözün əlində AK-47 Kalaşnikov avtomatı tutan 106 yaşlı erməni qadının fotosu qarşısındakı görüntülərini yəqin ki, hər kəs xatırlayır.
Sözügedən foto vaxtilə Qarabağı və digər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ərazi iddialarının rəmzi halına gəlib.
Yeşilgöz 18 iyun 1977-ci ildə Ankarada anadan olub. O, uşaq ikən ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Əslən Tuncelidən olan Yeşilgözün anası Fatma Özgümüş Hollandiya Qaçqınlar Təşkilatının (VON) direktorudur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü