Orduda bədnam “beşinci kolon” artıq yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün canlı yayımda diaspor və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırarkən deyib.
"Ancaq bu gün deyə bilərəm ki, Silahlı Qüvvələrin sıralarında artıq "beşinci kolon" yoxdur. Bu, bütövlükdə dövlət aparatına da aiddir. Mən əminəm ki, Ermənistanda "dərin dövlət" yoxdur".
Qeyd edək ki, “beşinci kolon” dedikdə Paşinyan başqa ölkələrin maraqlarını öz dövlətinin maraqlarından üstün tutan insanları nəzərdə tutur. Baş nazir dəfələrlə orduda “beşinci kolon” olduğu üçün Ermənistanın 44 günlük müharibədə uduzduğunu iddia edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü